Mötəbər “Rolan Qaros” turnirindəmübarizə sona çatmaq üzrədir.
Qadınların yarışındafinalçılar məlumdur.Polşalı İqa Şvöntek argentinalı Nadya Podoroska ilə qarşılaşıb. Görüş cəmi 1saat 12 dəqiqə davam edib.Matçın favoriti sayılan Şvöntekilk setdə 6:2 hesabı ilə qələbə qazanıb. Təşəbbüsü əldən verməyən polşalı tennisçi növbəti hissədə də qalib gələrək adını finala yazdırıb.
Yarımfinalın digər görüşü Amerika Birləşmiş Ştatları idmançısı Sofiya Kenin çexiyalı Petra Kvitova ilə üz-üzə gəlib.Sofiya Kenin hər iki setdə rəqibindən üstün olub. Keninlə Şvöntek həlledici mərhələdə görüşəcək. Final matçı oktyabrın 10-da keçiriləcək.